01
Oktyabr

1 Oktyabr

Günahsız qurbanlar

Ermənilər Ağdamda ata və oğlunu qətlə yetirib

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 01.10.2020-ci il tarixdə saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürsəl Rəsul oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olmuş, yaşadıqları evə külli miqdarda ziyan dəymişdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.