01
Oktyabr

1 Oktyabr

Günahsız qurbanlar

Faşizm iş başında: Ermənilərin qətlə yetirdiyi mülki şəxslər

Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 27-dən bu günədək 16 mülki şəxs həlak olub, 55 sakin xəsarət alıb.

1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu (Goranboy rayonu, 27.09.2020)

1956-cı il təvəllüdlü Qurbanova Şəfayət Novruz qızı(Goranboy rayonu, 27.09.2020)

1981-ci il təvəllüdlü Əmirova Afaq Dəmir qızı(Goranboy rayonu, 27.09.2020)

2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı (Goranboy rayonu, 27.09.2020)

2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu(Goranboy rayonu, 27.09.2020)

1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu (Ağdam rayonu 28.09.2020)

1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu(Tərtər rayonu28.09.2020)

1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu (Tərtər rayonu28.09.2020)

1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu (Tərtər rayonu28.09.2020)

1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu (Tərtər rayonu 28.09.2020)

1997-ci iltəvəllüdlü SarıyevElməddinHümbətoğlu (Ağdam rayonu 29.09.2020)

1959-cu il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı (Tərtər şəhəri, Ü.Hacıbəyov küç. 29.09.2020)

1971-ci il təvəllüdlü Səfərov İxtiyar Əjdər oğlu (Füzuli rayonu, Alıxanlı kəndi 29.09.2020)

1988-ci il təvəllüdlü İbrahimov Şahin (Tərtər şəhəri 30.09.2020)

1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu (Füzuli rayonu Horadiz şəhəri 30.09.2020)

1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu (Tərtər rayonu)

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.