30
Sentyabr

30 Sentyabr

Əhaliyə dəyən ziyan

Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.Erməni hərbi birləşmələri mülki əhalinin yaşayış evlərini hədəfə alıb.

Sentyabrın 27-dən bu günə qədər erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 97 ev və obyektə ciddi ziyan dəyib. Onlardan 80-i yaşayış evidir, qalan 17-si isə digər tikililərdir. Zərər dəyən evlərdən 20-si tam dağılıb, 60-ı isə qismən. Ermənilər Ağdamda 80 yerlik Təzəkənd orta məktəbini də atəşə tutublar. Yeni tikilmiş modul tipli məktəbin qapı və pəncərəsi dağılıb, məktəbə ciddi ziyan dəyib. Hadisə nəticəsində əhaliyə məxsus 22 baş mal-qara da tələf olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.