Yerli media
Şəhidin adını daşıyan məktəb düşmənin hədəfində (AzVision)
Sentyabrın 27-dən başlayaraq düşmənin Tərtər rayonunu ağır artilleriya atəşinə tutması nəticəsində xeyli sayda yaşayış evi, sosial obyektlər, məktəb binaları və bağçalara ziyan dəyib. Bəzi mülki obyektlər dağılaraq yararsız vəziyyətə düşüb.
Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bu günə qədər Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində, ümumilikdə, 13 orta məktəb, 1 musiqi məktəbi, 1 peşə ixtisas məktəbi, 3 uşaq bağçasına ziyan dəyib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.