22
Oktyabr

22 Oktyabr

Yerli media

Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil (Trend)

Beynəlxalq hüquqa əhəmiyyət vermədən Azərbaycanın dinc əhalisini atəşə tutan Ermənistana qarşı hərbi və iqtisadi sanksiyalar tətbiq olunmalıdır.

Bunu livanlı vəkil, xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.

Onun sözlərinə görə, erməni qoşunlarının Azərbaycan şəhərlərini atəşə tutmaqda davam etməsi onu göstərir ki, Ermənistan regionda sülh istəmir.

T.Şandib vurğulayıb ki, Ermənistan beynəlxalq hüquqa əhəmiyyət vermədən Azərbaycan ərazilərinin işğalını davam etdirmək istəyir: “Bəzi Qərb ölkələri, təəssüf ki, Yerevanın həyasızlığını görmək istəmir və bununla da faktiki olaraq Ermənistanı və onun qanlı cinayətlərini dəstəkləyir.

O əlavə edib ki, təcavüzkar ölkə olan Ermənistan Livan, Suriya və digər Yaxın Şərq ölkələrindən terrorçuların “xidmətlərindən” istifadə edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.