Günahsız qurbanlar
Düşmən Tərtərdə mülki əhalini atəşə tutdu: İki qardaş öldü
Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.