27
Sentyabr

27 Sentyabr

Günahsız qurbanlar

13 yaşlı futbolçu erməni təcavüzünün qurbanı oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri futbolçudur.

Bu, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanovdur.

Qurbanov 2017/2018 mövsümündə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.

Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.