28
Sentyabr

28 Sentyabr

Dövlət obyektlərinə dəyən ziyan

Erməni təxribatı nəticəsində polis binasına ziyan dəyib

Hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb:

“Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib. Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.