Sosial media
Şuşada Azan səsləndi
Qarabağın döyünən ürəyi Şuşa şəhəri 2020-ci ilin, noyabrın 8-də Azərbaycanın müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun gücü ilə 28 il sonra işğaldan azad edildi. Şuşanın fəthindən dərhal sonra şəhərdə azan səsləndirildi. Azərbaycan əsgərinin Şuşada azan səsləndirməsinin videosu sosial şəbəkələrdə rezonans doğurdu.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.