Sosial media
"Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun."
Bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun müzəffər Milli Ordumuzun tarixi zəfəri münasibətilə “Tvitter” hesabındakı paylaşımında yer alıb.
Nazir yazıb: “Dövlət Bayrağı Günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayraqla məsud yaşa AZƏRBAYCAN!”
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.