09
Oktyabr

9 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Azərbaycanın haqq işini dünyaya çatdırmaqda önəmli rol oynayan Türkiyə mətbuatına təşəkkür edirəm

Azərbaycanın haqq işini dünyaya çatdırmaqda önəmli və səmərəli rol oynayan Türkiyə mətbuatına təşəkkür edirəm. Türkiyəli jurnalistlər Dağlıq Qarabağda cəbhədən və döyüş meydanından xəbərləri operativ surətdə dünyaya çatdırırlar. Təəssüf ki, bu xəbərləri hələ də qulaqardına vuranlar var. Azərbaycan tolerant ölkədir. Biz bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşırıq. Lakin erməni mətbuatı bu mövzuda yalan xəbərlər yayır. Ermənilər, həmçinin dünya xristianlarının dini hisslərindən də istifadə edirlər. Halbuki ermənilər Azərbaycanın məscidlərini dağıdıblar, hətta dini ibadət yerlərində heyvan saxlayırlar, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinin dediyi kimi, bizim erməni xalqı ilə işimiz yoxdur. Biz öz torpaqlarımızı işğaldan azad edirik. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın tərkibində yaşamaq istəyirlərsə, biz hər cür dəstəyi verməyə hazırıq.

İşğaldan azad olunmuş Cəbrayıl şəhərinin fotolarını gördük. Burada bütün evlər, infrastruktur dağıdılıb. Biz torpaqlarımızı işğaldan azad edəndən sonra bütün şəhər və kəndlərimizi tez bir zamanda bərpa edəcəyik.

https://haberglobal.com.tr/dunya/azerbaycan-cumhurbaskani-yardimcisi-haciyevden-haber-globale-ozel-aciklamalar-73179

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.