10
Noyabr

Xarici İşlər Nazirliyi

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Türkiyənin xarici işlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqlı mövqeyinə münasibətdə qəti dəstəyini heç zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün türkiyəli həmkarına və qardaş Türkiyə xalqına təşəkkürünü bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.