07
Noyabr

7 Noyabr

Orduya dəstək

İsraildə erməni terrorunun qurbanlarının xatirəsi yad edilib

İsraildə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Qüds (Yerusəlim) şəhəri yaxınlığında “Xocalı-613” bağında işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktlarının qurbanları yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə azərbaycanlılarla yanaşı, İsraildəki digər icmaların nümayəndələri və yerli sakinlər də iştirak ediblər.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Qarabağda hərbi əməliyyatların başlamasından artıq 40 gün keçdiyini diqqətə çatdırıb.

Sonra həlak olan dinc sakinlərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Terror qurbanlarını anmaq üçün Xocalı abidəsinin önünə gül dəstələri və çələnglər düzülüb.

Tədbirdə iştirak edən Kiryat Bialik şəhər merinin müavini Nyuma Raçevskiy yəhudi xalqının haqlı mübarizədə daim Azərbaycanı dəstəkləyəcəyini bildirib.

Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov Qafqazda sülhün bərqərar olması üçün dualar edib.

Əllərində Azərbaycanın və İsrailin dövlət bayraqlarını tutan tədbir iştirakçıları şəhər sakinlərinə erməni vandalizmini əks etdirən bukletlər paylayıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.