28
Oktyabr

28 Oktyabr

Orduya dəstək

ABŞ-ın Hyuston şəhərində Ermənistanın təcavüzünə qarşı etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Oktyabrın 28-də Texas ştatının Hyuston şəhərində ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna Dəstək aksiyası keçiriblər.

Hyuston şəhər administrasiyası binasının qarşısında keçirilən aksiya zamanı icma üzvləri Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı sonuncu raket hücumunu, Yeravanın günahsız mülkü insanlara qarşı keçirilən soyqırımı siyasətini pisləyib, ABŞ administrasiyasını Ermənistanı təcavüzkar dövlət olduğunu tanımağa çağırıb, Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.

Aksiya iştirakçıları işğal altında olan torpaqların “mübahisəli” deyil, beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağları olduğunu qeyd ediblər.

Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə, Mingəçevirə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat veriblər. Tədbirdə 300-dən çox icma üzvü iştirak edib.

Eyni zamanda, Azərbaycan icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəkləmələrinə görə təşəkkürlərini bildiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.