04
Oktyabr

4 Oktyabr

Prezident Administrasiyası

Prezidentin Hərbi məsələlər üzrə köməkçisindən çağırış

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş tapşırıqlarının uğurlu icrasını təmin edərək uzun illər işğal atında olan torpaqlarımızı azad edir, ərazi bütövlüyümüzü bərpa edir.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev bildirib ki, Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və hər gün müsbət nəticələr əldə olunur.

Sözsüz ki, bu qürurverici tarixi anlar bizim böyük sevincimizə səbəb olur, ərazi bütövlüyümüzün qısa zamanda bərpa olunacağı günü yaxınlaşdırır. Lakin unutmamalıyıq ki, ölkəmizdə hərbi vəziyyət və karantin rejimi qüvvədədir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə xahiş olunur ki, hər kəs müəyyən olunmuş qayda-qanuna ciddi riayət etsin.

Bir qədər təmkinli olaq, səbir nümayiş etdirək, Qələbə bizimlədir – Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.