28
Oktyabr

28 Oktyabr

Orduya dəstək

Zümrüd Hacıyeva: “Ordumuz üçün yardımlar hazırlayarkən qürur hissi keçirirdik”

"Referans Pharmaceuticals" şirkəti 2 həftə ərzində hərbçilərimizə dəstək məqsədilə Türkiyədən 9 min ədəd xüsusi termal geyimlər gətirib.

Bunu "Referans Pharmaceuticals" şirkətinin maliyyə direktoru Zümrüd Hacıyeva deyib. Onun sözlərinə görə, bundan əlavə, ayrı-ayrılıqda iç geyimləri, corablar, əlcəklər gətirilib: "Şirkətin işçi heyəti olaraq biz bu geyimləri bir-bir dəstləşdirmişik. Hətta övladı olan əməkdaşlarımızın uşaqları ürək sözlərini yazaraq bu dəstlərin içərisinə yerləşdirib. İnanırıq ki, onlar bu əlyazmaları oxuyanda bir istilik, doğmalıq hiss edəcəklər".

Z.Hacıyeva bildirib ki, bu geyim dəstlərindən əlavə olaraq həkimlər üçün 10 min ədəd cərrahi xalatlar, yaralıları daşımaq üçün xərəklər gətirilib: "Biz mütəmadi olaraq ehtiyacları araşdırırq, nəyə tələbat varsa, ləvazimatları, dərmanları, geyimləri onlara göndəririk. Nəyə ehtiyac olarsa, göndərməyə, yardım etməyə hazırıq!

Prezidentimizin, Ordumuzun, dövlətimizin yanındayıq. Bu yardımları hazırlayarkən də çox böyük qürur hissi keçirirdik ki, biz cəbhə üçün, ordumuz üçün nəsə elədik".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.