28
Oktyabr

28 Oktyabr

Orduya dəstək

Niderlandda yaşayan azərbaycanlı gənclər Ermənistanın hərbi təcavüzünə etiraz olaraq aksiya keçiriblər

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə etiraz olaraq, artıq bir həftədir ki, Niderlandda yaşayan azərbaycanlı gənclər və tələbələr Haaqa şəhərində yerləşən Niderland Parlamenti önündə etiraz aksiyası keçirirlər.

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildirilib ki, etiraz aksiyasında gənclər Azərbaycan həqiqətlərini Niderland ictimaiyyətinə çatdıraraq, Ermənistanın münaqişədən uzaq yerləşən Azərbaycan şəhərlərinə və orada yaşayan mülki şəxslərə qarşı törətdiyi hərbi təxribatlar və çoxsaylı qətl və dağıntılar barədə məlumat veriblər. Eyni zamanda, erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu bildiriblər. Hazırkı əməliyyatların Azərbaycanın beynəlxalq tanınmış ərazisi daxilində getməsi ilə bağlı niderlandlıları məlumatlandırıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.