Orduya dəstək
Türkiyənin Elazığ bölgəsində Azərbaycan qəhrəmanlarına məktub aksiyası təşkil ediləcək
Türkiyənin Elazığ bölgəsində Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası keçiriləcək.
Oktyabrın 27-də Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” aksiyasına start veriləcək. Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə Müzəffər Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə edəcəklər.
Akasiya bölgədə fəaliyyət göstərən Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin və Elazığ bələdiyyəsinin dəstəyi ilə gerçəkləşəcək.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.