27
Oktyabr

27 Oktyabr

Orduya dəstək

Tibb Universitetinin startap komandası Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Ötən il “İdeyadan Biznesə – I2B” startap müsabiqəsində respublika üzrə üçüncü yerə layiq görülən Azərbaycan Tibb Universitetinin (ATU) “Palliativ+” startap komandası Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olub.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, “Palliativ+” üzvləri Azərbaycan ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.

Qrup üzvləri – layihə rəhbəri, tələbə İsmayıl Nəzərli, həkim-rezident Məhərrəm Alimli, tələbələr – Etibar Abbasov, Qəmər Məmmədbəyli, Azad Kərimli və Ülkər Hüseynova öz təşəbbüsləri ilə bu addımı atıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.