27
Oktyabr

27 Oktyabr

Orduya dəstək

KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) könüllüləri Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

KOBİA-dan bildirilib ki, ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin və Xaçmaz KOB evinin 50-dək könüllüsü “ASAN xidmət” mərkəzlərindən və “www.esgeremektub.az” portalından istifadə etməklə Azərbaycan əsgərlərinə məktublar göndəriblər. “KOB könüllüləri”nin məktublarında əsgərlərimizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından fəxrlə bəhs edilir, tarix yazan Azərbaycan Ordusunun mənfur düşmənə qarşı göstərdiyi rəşadətə görə minnətdarlıq ifadə olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.