02
Oktyabr

2 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə alması vəhşilik, barbarlıqdır

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir. Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Bu fikirləri KİV-ə açıqlamasında Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.