28
Sentyabr

28 Sentyabr

Müdafiə Nazirliyi

Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var

Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı belə deyib.

Vaqif Dərgahlı bildirib ki, əvvəlki döyüşlərdə olduğu kimi, bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir. İtkilərin sayının çox olması səbəbindən düşmən bir müddət sonra bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.