Xarici İşlər Nazirliyi
Növbəti mərhələdə danışıqların imitasiyasına imkan verilməyəcək
Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların imitasiyası həyata keçirilib. Növbəti mərhələdə danışıqların imitasiyasına imkan verilməyəcək.
Biz beynəlxalq təşkilatlara təqdim etdiyimiz materiallarda beynəlxalq konvensiyaların hansı müddəalarının pozulduğunu göstərmişik. PKK terrorçularının da döyüşlərdə iştirak etməsi ilə bağlı sübutlar var. Ermənistan prezidenti də terrorçuların döyüşlərdə iştirakını etiraf edib. Terrorçulardan istifadə etmək Ermənistanın həmişəki əməlidir.
Ermənistan rəhbərliyi öz əhalisini aldadır, xalqa olmayan hansısa uğurlar haqqında yalan məlumatlar verirlər. Bununla da daxili auditoriyaya müsbət mesaj vermək istəyirlər. Bu, onların ağır durumda olduğunu təsdiq edir.