Xarici İşlər Nazirliyi
Ceyhun Bayramov: Ermənistan tərəfindən imitasiya həyata keçirilərsə, hərbi əməliyyatların bərpası riski hər zaman mövcuddur
Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla bağlı real addımlar atılmalıdır.
Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesi həyata keçirilərsə, ciddi addımlar atılmazsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur. Hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə məhəl qoymur və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir.
Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib. Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür.
Rusiya Azərbaycana qonşu ölkədir. Rusiya ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlanıldı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışları edir və biz bunu normal qarşılayırıq.