09
Oktyabr

9 Oktyabr

Xarici İşlər Nazirliyi

Ermənistana mülki aviasiya vasitəsilə silah daşınması ilə əlaqədar Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət

Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu dövlətə aid təyyarələrlə oraya silahların daşınması həyata keçirilir.

Bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə olunur.

Həmçinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya bu ölkəyə humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir.

1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. Konvensiyanın 44-cü maddəsinə əsasən, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və tənzimlənən inkişafının təmin edilməsi, hava gəmilərinin sülh məqsədilə istismarının təşviq edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) əsas məqsədlərindən biridir.

Bununla əlaqədar olaraq, məsələnin araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.