28
Sentyabr

28 Sentyabr

Xarici İşlər Nazirliyi

Azərbaycanın Xarici İşlər naziri ukraynalı həmkarını Ermənistanın son hərbi təxribatları barədə məlumatlandırıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun sentyabrın 28-də Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı olub.

Telefon danışığı zamanı Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba bölgədə yaşanan gərginliklə bağlı narahat olduğunu bildirib və mövcud vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən özünümüdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə həyata keçirilən cavab həmlələri barədə ukraynalı həmkarını məlumatlandırıb. O, azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfinin hər zaman mülki şəxslərə qarşı terror vasitələrindən istifadə etdiyini bildirən nazir bu xüsusda 2016-cı ilin aprel və 2018-ci ilin iyul hadisələri zamanı azərbaycanlı mülki şəxslərin həlak olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.