03
Noyabr

3 Noyabr

Xarici media

Almaniyanın “Nex24.news” portalında Ermənistan tərəfindən PKK döyüşçülərinin Azərbaycana qarşı vuruşması ilə bağlı məqalə dərc edilib.

Məqalədə bildirilir ki, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına baxmayaraq, alman mediasının böyük hissəsi erməni propaqandasının təsiri altındadır və qərəzli məlumatlar verir. Eyni zamanda, vurğulanır ki, “Spiegel” jurnalının Türkiyə tərəfindən muzdlulara pul ödənilməsi və müharibə zonasına göndərilməsi ilə bağlı dərc etdiyi qərəzli məqalə ilə əlaqədar Almaniyada fəaliyyət göstərən “IKRAZ” (Din və Mədəniyyət üzrə Beynəlxalq Akademik Mərkəz) təşkilatı sözügedən nəşrin redaksiyasına açıq məktub ünvanlayaraq sübutun təqdim olunmasını tələb edib. Lakin “Spiegel” jurnalının iddiası ilə bağlı indiyədək heç bir sübut təqdim edilməyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.