03
Noyabr

3 Noyabr

Xarici media

Qırğızıstanın “turktoday.info” portalı “Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın “VoMa” adlı terror təşkilatı yaradılması ilə bağlı məqalə yayıb.

Məqalədə Azərbaycanın Baş Prokurorluğunun Dövlət Təhlükəsizliyi Xidmətinin materiallarına əsasən işğal olunmuş ərazilərdə “VoMa” adlı terror təşkilatı yaratmaları ilə əlaqədar Ermənistan vətəndaşı Vladimir Vartanov və digərləri haqqında cinayət işi açdığı bildirilib.

Yazıda qeyd olunur ki, terror təşkilatı 2014-cü ildə Azərbaycanda və işğal edilmiş ərazilərdə terror aktları törədilməsi məqsədilə yaradılıb. Təşkilata Ermənistandan kənarda yaşayan erməni mənşəli şəxslər, həmçinin ASALA, PKK və digər terror təşkilatlarının nümayəndələri cəlb olunub və o, rəsmən “VoMa” batalyonu adlandırılıb.

Müəyyən edilib ki, terror təşkilatının üzvləri Ermənistan ordusunun silah-sursatından istifadə edərək Azərbaycanın cəbhə xəttinə yaxın şəhər və rayonlarında dinc əhaliyə qarşı terror aktları törədib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.