Xarici media
“Voltairenet” portalında “Nikol Paşinyan müxalifəti neytrallaşdırır” sərlövhəli yazı dərc olunub.
Yazıda 2018-ci ilin mayında Corc Soros fondunun dəstəyi ilə təşkil olunan dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədən istifadə edərək müxalifəti neytrallaşdırdığı bildirilir.
Qeyd olunur ki, o, bu məqsədlə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru (2018-2019) və müxalifətin lideri general Artur Vanetsyanın cəbhədə həbs olunması əmrini verib.
Vurğulanır ki, Corc Sorosun tərəfdarları onu xaricə casusluq etməkdə günahlandırırlar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.