03
Noyabr

3 Noyabr

Xarici media

Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən, əhalinin sıx məskunlaşdığı, eləcə də tarixi və mədəniyyət abidələri ilə zəngin olan Gəncə şəhəri, sənaye şəhəri Mingəçevir, Xızı, Abşeron, Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Beyləqan, Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub, nəticədə qadın və uşaqlarda daxil olmaqla, çox sayda mülki sakin həlak olub, evlər dağılıb. Erməni hərbçiləri Azərbaycanın əhalisinə və tarixi irsinə qarşı total müharibə aparır.

Bu fikirlər Azərbaycanın UNESCO yanında Daimi nümayəndəsi səlahiyyətlərini icra edən Ayaz Qocayevin “Huffington Post” portalında dərc olunmuş məqaləsində yer alıb.

Məqalədə Ermənistanın silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən mülki obyektlərin, mülki infrastrukturun raket atəşinə tutulmasından, məktəblərin, tarixi və mədəniyyət abidələrinin, yaşayış binalarının, fərdi evlərin dağıdılması haqqında məlumat verilib.

A.Qocayev erməni silahlı qüvvələrinin müharibə cinayətlərini, o cümlədən Azərbaycanın mülki əhalisinin hədəfə alınmasını pisləyib. Qeyd edib ki, bununla Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.

Diqqətə çatdırılıb ki, Qarabağ münaqişəsi ilə bağlı məlumatlarda qərəzliliyə yol verilməməlidir. İnsan hüquq müdafiəçiləri zərərçəkən Azərbaycan xalqının səsini eşitməli, qətlə yetirilən insanların yaxınlarına və yaralanan mülki şəxslərə, müharibə səbəbindən qaçqın çevrilən ailələrə dəstək və yardım göstərməlidirlər.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.