03
Noyabr

3 Noyabr

Xarici media

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyevin Macarıstanın nüfuzlu ingilisdilli nəşri “The Budapest Times”da “Cənubi Qafqazda döyüşləri nə dayandıra bilər?” sərlövhəli məqaləsi dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzin bildirib ki, Məqalədə Qarabağda gedən müharibənin başlamasına Minsk qrupunun 27 illik uğursuz vasitəçiliyi və Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı addımlarının səbəb olduğu vurğulanıb.

Qeyd edilib ki, sentyabrın 27-də başlayan döyüşlər müddətində 3 dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, hər üç halda Ermənistan tərəfi buna riayət etməyib. Müəllif Ermənistanın atəşkəsi pozması, Gəncə və Bərdəyə raket hücumları nəticəsində mülki əhalinin həlak olduğunu vurğulayıb.

Son döyüşlər zamanı Ermənistanın beynəlxalq təcrid vəziyyətində olduğunu bildirən müəllif qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi “hücum diplomatiyası”ndan və ölkəmizin beynəlxalq hüquqa görə ədalətli mövqeyindən irəli gəlib. Bu döyüşlərdə Ermənistanın ən çox dəstək gözlədiyi müttəfiqi Rusiyadan və üzvü olduğu KTMT-dan da yetərli dəstək görmədiyi vurğulanıb.

Məqalədə Azərbaycan tərəfdən guya suriyalı muzdluların döyüşməsi məsələsinə də toxunulub. Bildirilib ki, Ermənistanın bununla bağlı təqdim etdiyi videoların Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur.

Sonda bildirilib ki, Cənubi Qafqazda uzunmüddətli atəşkəsə yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasından sonra nail olmaq mümkündür. Döyüşlərin dayandırılması üçün Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq Azərbaycanın işğal altındakı torpaqlarından çıxmalıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.