22
Oktyabr

22 Oktyabr

Baş Prokurorluq

Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yayıb

20 oktyabr 2020-ci il tarixdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə video müraciəti yayımlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən olunub ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilib.

Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq ediblər.

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları bütün torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağına inanır, işğaldan azad olunmuş şəhər və rayonlarımızda fəaliyyətlərini davam etdirəcəkləri günü səbrsizliklə gözləyir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.