02
Oktyabr

2 Oktyabr

Müdafiə Nazirliyi

Düşmən tanklarının məhv edilməsinin videogörüntüləri

Düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçası göyə sovurulub, eləcə də tankları məhv edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.