02
Oktyabr

2 Oktyabr

Müdafiə Nazirliyi

Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə “Toçka-U” raketləri atılıb

Bir az əvvəl Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketlər “Toçka-U” taktiki raket kompleksindən buraxılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.