15
Oktyabr

15 Oktyabr

Baş Prokurorluq

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 43 nəfər həlak olub, 218 nəfər xəsarət alıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 290, çoxmənzilli yaşayış binalarının sayı 79, yaşayış evlərinin sayı isə 1592-dir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.