Baş Prokurorluq
Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 43 nəfər həlak olub, 214 nəfər xəsarət alıb
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxsi qətlə yetiririlib, 214 nəfəri isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 277, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 505-dir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.