12
Oktyabr

12 Oktyabr

Baş Prokurorluq

Azərbaycan və Rusiyanın baş prokurorları arasında telefon danışığı baş tutub

Oktyabrın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı baş tutub. 

Tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.

Baş prokuror Kamran Əliyev 11 oktyabr tarixində gecə saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş bölgəsinə aidiyyəti olmayan və xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terror aktı barədə rusiyalı həmkarını məlumatlandırıb. 

İqor Krasnov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə etmiş, münaqişənin qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

Baş prokurorlar gələcək əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu haqda fikir mübadiləsi aparıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.