Baş Prokurorluq
Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 31 nəfər həlak olub, 164 nəfər xəsarət alıb
Azərbaycan Respublikası Baş Prokurorluğu 27.09.2020-ci il tarixdən 09.10.2020-ci il 15:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.
Həmin statistikanı təqdim edirik:
Həlak olmuş dinc sakinlərin sayı – 31
Yaralanmış dinc sakinlərin sayı – 164
Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı - 1054
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı – 142
Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı - 45
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.