08
Oktyabr

8 Oktyabr

Baş Prokurorluq

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 31 nəfər həlak olub, 154 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Baş Prokurorluğu 27.09.2020-ci il tarixdən 08.10.2020-ci il 13:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Həmin statistikanı təqdim edirik:

Həlak olmuş dinc sakinlərin sayı – 31

Yaralanmış dinc sakinlərin sayı – 154

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı - 928

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı – 133

Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı - 45

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.