01
Oktyabr

1 Oktyabr

Müdafiə Nazirliyi

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

 -  200-dək tank və digər zirehli texnika;

 -  228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

 -  30 ədəd hava hücumundan müdafiə vasitələri;

 -  6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

 -  5 silah-sursat anbarı;

 -  110-dan artıq avtomobil texnikası;

 -  1 ədəd “S-300” zenit-raket kompleksi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.