05
Oktyabr

5 Oktyabr

Baş Prokurorluq

Azərbaycan Respublikası Baş Prokurorluğunda brifinq keçirilib

05 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə dinc mülki əhalimizin ağır artilleriyadan atəşə tutularaq onlara qarşı müxtəlif cinayətlərin törədilməsinə dair birgə brifinq keçirilib.

Brifinqdə 30-a yaxın səfir və müavinləri, 19 nəfər diplomatik korpusunun digər əməkdaşları, eyni zamanda yerli və xarici medianın 30-dan artıq nümayəndələri də iştirak edib.

Baş prokuror brifinqdə çıxış edərək 2020-ci ilin sentyabr ayının 27-dən Ermənistan Respublikası tərəfindən Cenevrə konvensiyasının tələbləri pozularaq Azərbaycan Respublikasına qarşı başlanmış təcavüzün davam etdiyini, 04 oktyabr 2020-ci il tarixdən etibarən döyüş bölgəsindən xeyli uzaqda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, 500 mindən çox əhalisi olan Gəncə şəhərinin və sənaye əhəmiyyətli Mingəçevir şəhərinin, 05 oktyabr 2020-ci il tarixdən isə Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının dinc əhalisinin sıx yaşadığı məntəqələrin raket və top mərmilərindən atəşə tutulduğunu, nəticədə mülki əhali arasında həlak olan və xəsarət alanların olmasını, mülki infrastruktura külli miqdarda ziyan dəyməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Baş prokuror Kamran Əliyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev media nümayəndələrin çoxsaylı suallarını cavablandırıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.