07
Oktyabr

7 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanda mülki obyektlərdə yanğın və dağıntılar törədilib

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evini dağıdıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Füzuli rayonuna düşən mərmi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə avtomobilinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Düşmənin atdığı mərmi Goranboy rayonunda yerləşən FHN DYMX Xocalı rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasına və yaxınlıqdakı minik avtomobilinə ziyan vurub. Xəsarət alan yoxdur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.