24
Oktyabr

24 Oktyabr

Xarici ölkələr

Ermənistan terrorçuları və muzdlu əsgərləri ərazidən çıxarmalı, hücumlara və işğala son qoymalıdır

Sentyabrın 27-də Azərbaycana hücum edən Ermənistan oktyabrın 10-da və 18-də razılaşdırılmış humanitar atəşkəs qərarlarına məhəl qoymadan beynəlxalq hüquqa zidd olaraq Azərbaycanda dinc əhalini və mülki yaşayış yerlərini atəşə tutmaqda davam edir.

Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin cəbhədəki mövcud vəziyyətlə bağlı növbəti açıqlamasında yer alıb.

Açıqlamada bu hücumlar nəticəsində dinc azərbaycanlı əhali arasında çox sayda ölən və yaralananın olduğu, dağıntıların meydana gəldiyi xatırladılır. Qeyd olunur ki, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri ərazidən çıxarmalı, hücumlara son qoymalı, Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməlidir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.