07
Oktyabr

7 Oktyabr

Beynəlxalq təşkilatlar

İsveçrə Dağlıq Qarabağ münaqişəsində kaset bombaların istifadəsindən çox narahatdır 

İsveçrə Kaset Silahlarına dair Konvensiyanın (CCM) sədri qismində Dağlıq Qarabağ münaqişəsində kaset bombaların istifadəsindən çox narahatdır.

Bu fikirlər Kaset Silahlarına dair Konvensiyanın (CCM) İsveçrə sədrliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda hər bir münaqişə tərəfini beynəlxalq humanitar hüquqa tam hörmət göstərməyə, mülki şəxslərə və mülki obyektlərə fərq qoymadan zərbə vuran və qeyri-mütənasib şəkildə təsir göstərən kaset bombalarının istifadəsindən çəkinməyə çağırıb.

İsveçrə Konvensiyanın qüvvəyə minməsindən 10 il sonra kaset döyüş sursatlarının istifadəsinin davam etməsinə təəssüfünü bildirib, belə bombaların törədəcəyi insan tələfatından narahat olaraq, bu silahların istifadəsini pisləyir və bütün dövlətləri Konvensiyaya qoşulmağa çağırır.

Xatırladaq ki, Ermənistan son günlər Azərbaycanın mülki zonalarına, insanların sıx yaşadığı şəhərlərə hücumlarda məhz kaset bombalardan istifadə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.