Xarici ölkələr
İran hökumətinin sözçüsü: Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir
Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir.
Bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqində deyib.
Ə.Rəbii qeyd edib ki, İranın Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə bağlı mövqeyi tamamilə aydındır. İran hökuməti indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını tanıdığını bəyan edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.