Yerli media
"Kəndimizə ayaqyalın gedəcəyəm" - Qubadlılılar danışır (Report)
Azərbaycan ordusunun Qarabağda apardığı əks-hücum əməliyyatları nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri Ermənistanın işğalından azad edilib.
Bu münasibətlə Bakıda məskunlaşmış Qubadlı sakinləri təəssüratlarını bölüşüblər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.