10
Oktyabr

10 Oktyabr

Xarici media

Gürcüstanın report.ge, interpressnews.ge, apsny.ge, 24news.ge, aktual.ge və digər nüfuzlu informasiya portalları Ermənistan tərəfinin oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs rejimini pozmasından yazır.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramova istinadla yayılan xəbərlərdə humanitar atəşkəs barədə razılığın əldə olunması və rejimin tətbiqinin şərtləri, Azərbaycan Müdafiə Nazirliyinə istinadla yayılan məlumatlarda Ermənistan tərəfinin yaranmış vəziyyətdən sui-istifadə edərək elan olunmuş atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərinin və dinc əhalini, arxa cəbhədə yerləşən şəhər və kəndləri raket və top atəşinə tutmağı barədə oxuculara məlumatlar çatdırılır.

Azərbaycan, rus, ingilis və gürcü dilində yayılan məlumatlarda, həmçinin Azərbaycanın Ermənistana son şans verdiyi, Azərbaycan Ordusunun dəqiq zərbələrlə düşmənin ön xəttə çıxardığı ağır artilleriya və digər atəş nöqtələrini, xeyli sayda döyüş silah və sursatını, hərbi texnikasını məhv etməsi də diqqətə çatdırılır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.