Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas prinsiplərinin bir hissəsini artıq yerinə yetirmişik. Əsas prinsiplər faktiki Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edir. Ermənistan bunu könüllü etmək istəmədiyi üçün biz onları buna məcbur etməli olduq.
Masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlansa da, onlar ərazilərin boşaldılması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər.