Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər. Ancaq biz bunun əksini görürük.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Qoşulmama Hərəkatının da Azərbaycana böyük dəstəyi olmuşdur. Bu həmin təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin göstəricisidir.
Son bir ayda dünyada səslənən hər fikrə, hər mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır. İlk günlərdən qardaş ölkələrdən bu dəstəyi görmək böyük mənəvi güc verir, bizim birliyimizi sözdə deyil, əməldə göstərir. Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək.