09
November

9 November

Local media

Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir - Metyu Brayza - Trend.az


Azərbaycanın Şuşanı azad etməsi, yəqin ki, Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir.

Bunu Trend-ə ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, Şuşanın azad edilməsi nəticəsində Azərbaycan hərbi baxımdan Xankəndi üzərində yüksəkliklərə, eləcə də Ermənistanla Xankəndi arasında keçən həyati əhəmiyyətli yola nəzarət edir:

“Beləliklə, demək olar ki, hərbi mərhələ başa çatıb. Yəqin ki, erməni tərəfi partizan müharibəsi aparacaq, amma yaxşı olar ki, onlar təslim olsunlsar və əsgərlərinin həyatını qorusunlar, danışıqlar masasına və münaqişənin siyasi tənzimlənməsinə qayıtsınlar. Bütün müharibə boyunca Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirib ki, Azərbaycan dinc erməni sakinləridüşmən olaraq görmür, və əgər onlar istəyirsə, öz evlərinə qayıdan azərbaycanlılar birgə yaşa bilər. Mən bu yanaşmanı üstün siyasi liderliyin təzahürü kimi görürəm. Ümid edirəm ki, Azərbaycan öz qələbəsini möhkəmləndirəcək və daha sonra Ermənistan atəşi dayandıracağı təqdirdə, hərbi əməliyyatları dayandıracaq və bu münaqişənin birdfəlik həllinə nail olacaq”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.